"Azpetrol" şirkətinin "Nağdsız hesablaşmalar" şöbəsi müştərilərə yanacağın nağdsız satışı üzrə operativ və yüksək səviyyəli xidmətlər təqdim edir. Şöbənin əsas məqsədi müştərilərin tələbatını və rahatlığını nəzərə alaraq yanacaq xərclərinin daha səmərəli idarə olunmasına imkan yaradan müasir həllər təqdim etməkdir.
2002-ci ildən etibarən "Azpetrol" yanacaqdoldurma məntəqələrində dünya standartlarına uyğun müasir "Smart Kart" sistemi tətbiq edilir. Bu sistem müştərilərə yanacaq istifadəsinə nəzarət etmək və yanacağa sərf olunan xərcləri daha rahat şəkildə izləmək imkanı yaradır.
"Azpetrol" şirkətində nağdsız hesablaşmalar sisteminin təkmilləşdirilməsi və mobil idarəetmə sisteminə keçid 2023-cü ilin əvvəlindən başlayıb. Cəmi bir neçə ay ərzində dövriyyədə olan 100 000-ə yaxın yanacaq kartı yenilənib və müştərilərə ödənişsiz təqdim edilib, istismarda olan pos-terminallar isə "Verifone X990" cihazları ilə əvəzlənib. Yeni, çoxfunksiyalı "Verifone X990" - portativ pos-terminal, təhlükəsiz tranzaksiyaların həyata keçirilməsi və platformanın genişləndirilməsi tələblərinə tam cavab verir. Bu cihaz, NFC (Near Field Communication) texnologiyası ilə təmassız ödənişləri həyata keçirməyə imkan verir. Hazırda dövriyyədə 100 000-dən çox yanacaq kartı müştərilərə təqdim edilib.
Smart Kart vasitəsilə müştərilər yanacaq xərclərini izləyə və onlara nəzarət edə bilirlər. Kartın sifarişi "Azpetrol"un rəsmi internet saytı üzərindən onlayn şəkildə həyata keçirilə bilər.
Bununla yanaşı, "Nağdsız hesablaşmalar" şöbəsi müştərilərə "Azpetrol Hədiyyə Kartları" xidmətini də təqdim edir. Müxtəlif nominalda təqdim olunan hədiyyə kartlarından həm fərdi, həm də korporativ məqsədlərlə istifadə etmək mümkündür.
"Azpetrol" müştərilərinin rahatlığını təmin etmək, xidmət keyfiyyətini yüksəltmək və müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq istiqamətində fəaliyyətini davam etdirir.
Xatırladaq ki, hazırda şirkətin Azərbaycanın əksər iqtisadi rayonlarını əhatə edən, ən müasir avadanlıqlarla təchiz olunmuş 110 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün 957 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
"Azpetrol" – Daim inkişafa doğru!