Bu ilin I yarısında Azərbaycan 4,7 milyon ABŞ dolları dəyərində 438,4 min ədəd dəri (iribuynuzlu heyvan, qoyun və quzu) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 % çoxdur, kəmiyyət olaraq – 18 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 415 min ədəd (-19 %), Hindistana 364,4 min ABŞ dolları dəyərində (-20 %) 14,9 min ədəd (-44 %), İrana 179,6 min ABŞ dolları dəyərində 6 min ədəd (bir il əvvəl tədarük olmayıb) və Çinə 41,9 min ABŞ dolları dəyərində 2,5 min ədəd məhsul satıb.
Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Çinə heyvan dərisinin tədarükünü bərpa edib.