Azərbaycan bu il Türkiyədən mebel və meşə məhsullarının idxalını 19 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 24,575 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 % çoxdur.

Təkcə bu ilin fevral ayında Türkiyə Azərbaycana 12,425 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 11,5 % çoxdur.

Bu ilin ilk 2 ayında Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 2,1 % artaraq 1,205 milyard ABŞ dollarına, fevral ayında isə 7 % azalaraq 0,579 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər