Bu ilin yanvar ayında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 397 min kvadratmetr cilalanmış şüşə ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 886,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 316,7 min kvadratmetr (+3,3 dəfə), Ukraynaya 209,9 min ABŞ dolları dəyərində (+23 %) 63,35 min kvadratmetr (+62 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 41,3 min ABŞ dolları dəyərində 5 min kvadratmetr, Gürcüstana 34,15 min ABŞ dolları dəyərində (+5 dəfə) 7,7 min kvadratmetr (+5,4 dəfə) və Rusiyaya 18,1 min ABŞ dolları dəyərində 4 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ-yə tədarük həyata keçirilib.