“Azenco”nun rəhbərliyi yenidən formalaşdırılacaq

Mayın 3-də, saat 14:00-da “Azenco” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Mingəçevir şəhərndəki Dövlət Dram Teatrının binasında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin İdarə Heyətinin, Müşahidə Şurasının və Maliyyə-Təftiş Komissiyasının illik hesabatlarının təsdiq edilməsi, rəhbər qurumların yeni tərkibinin formalaşdırılması, şirkətin maliyyə nəticələrinin olunması və mənfəətinin bölüşdürülməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Azenco” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər