Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ("Brexit") bu ölkəyə məhsul ixrac edən alman şirkətlərinin builki itkisini 3,5 milyard avroya çatdırıb.
"Report" xəbər verir ki, bu barədə Alman Xarici Ticarət Birliyinin (BGA) prezidenti Holqer Binqman məlumat verib.
Son nəticədə Almaniya "Brexit"dən ən çox zərər görmüş ölkələrdən biridir.
Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya Almaniyanın ixracından 5-ci sırada olub, hazırda isə 13-cü sıraya düşüb.