Azərbaycanın suvarma sistemində bir çox ölkələrin qabaqcıl təcrübəsindən istifadə olunur.
Bunu “Report”a "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
O cümlədən İsrail, Türkiyə, ABŞ kimi ölkələrin suvarma sahəsindəki təctrübəsinin geniş tətbiq olunduğunu deyən təşkilat nümayəndəsi qeyd edib:
“Suvarma sahəsi bir çox ölkələrdə Azərbaycandakı kimi inkişaf etməyib. Məsələn, Avropa ölkələrində yağıntı miqdarı bizdəkindən çox olduğu üçün orada bizdəki suvarma şəbəkəsinə ehtiyac da yoxdur”.