Bu il ölkədə şəkər çuğunduru əkini azalıb

Bu il ölkəmizdə yazlıq şəkər çuğunduru əkini azalıb.

"Report"un Muğan bürosu xəbər verir ki, bu il 20 rayonda olmaqla, 5 880 hektar sahədə yazlıq çuğundur əkilib.

Ötən il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib.

Qeyd edək ki, qarşıdakı günlərdə yazlıq sahələrdən məhsul yığımı aparılacaq. Ümumilikdə, 220 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Digər xəbərlər