Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 171,083 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracının dəyəri isə 20,39 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 23,2 % azdır.
9 ay ərzində şəkər idxalına çəkilən xərc ümumi idxalın 1,66 %-ni, şəkər ixracından əldə olunan gəlir isə ümumi ixracın 0,07 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.