Azərbaycanın pomidor ixracından qazancı 5 % azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 120,7 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 6,2 milyon ABŞ dolları və ya 4,9 % azdır.

Bu ilin iyun ayında Azərbaycan 29,3 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon ABŞ dolları və ya 18,2 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər