Bakı. 29 may. REPORT.AZ/ Vergilər Nazirliyi mayın 25-də “Azərpambıq Aqrar Sənaye Kompleksi” və “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-ləri dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllə, nizamnamə kapitalı 100 manatdır.
1-ci şirkətə Bəhruz Əliağa oğlu Camalov, 2-ci şirkətə isə Əliyusif Məmiş oğlu Zeynalov rəhbərlik edir.