Azərbaycanda bu il 4 akvakultura təsərrüfatı dövlət qeydiyyatından keçib

2024-cü ilin sonuna qədər Azərbaycanda dövlət qeydiyatına alınmış 78 akvakultura təsərrüfatı olub.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Balıqçılıq və Akvakultura Mərkəzi isə bu ilin dekabr ayına qədər 4 təsərrüfatı qeydə alıb. İlin sonuna qədər daha 6 təsərrüfatın qeydiyyata alınması, onların ümumi sayının 88 olması nəzərdə tutulur", - deyə o qeyd edib.

C.Əliyev əlavə edib ki, ilkin araşdırmalara əsasən, ölkədə 600 qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı var: "Həmin təsərrüfatların ilkin uçotunun aparılması davam etdirilir. Qeydə alınmış akvakultura təsərrüfatlarında damazlıq balıq sürülərinin keyfiyyətinin və sayının müəyyən edilmiş göstəricilər üzrə kompleks qiymətləndirilməsi məqsədilə Bonitirovka tədbiri 10 təsərrüfatda aparılıb (ilin sonuna qalan 4 təsərrüfatda aparılacaq). Akvakultura təsərrüfatlarında bonitirovkanın aparılmasında məqsəd ilk növbədə törədici fondunun öyrənilməsi, nəsli kəsilməkdə olan növlərin (nərəkimilərin və qızılbalıqkimilərin) və onlardan alınan məhsulların (ət və kürünün) dövriyyəsinə və ticarətinə nəzarətin təşkilində iştirak etməkdir. Bu tədbir balıq ehtiyatlarının dəyəri və gələcək istifadəyə yararlılığı üzrə təsnifatını təmin edir".

Digər xəbərlər