Ötən il Azərbaycan Türkiyədən 163,553 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 10,4 % çoxdur.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 14,954 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 35 % çoxdur.
Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 3,3 % azalaraq 11 milyard 915 milyon ABŞ dollarına, dekabrda isə 2 % artaraq 1 milyard 139 milyon ABŞ dollarına çatıb.