Azərbaycan Türkiyədən portağal alışını kəskin artırıb

2022-ci ilin birinci yarısında Azərbaycan 10,152 milyon ABŞ dolları dəyərində 14 min 151 ton portağal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,4 % çoxdur, kəmiyyət olaraq – 0,3 % azdır.

Hesabat dövründə İrandan 5,49 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 18,8 % azalıb) 7 min 841 ton (-18,8 %), Türkiyədən 2,798 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 3 min 996 ton (+3,5 dəfə), Misirdən 1,863 milyon ABŞ dolları dəyərində (-27 %) 2 min 313 ton (-32 %) və İspaniyadan 0,82 min ABŞ dolları dəyərində 1,03 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 20,3 min ton portağalın 67,6 %-i İranın, 16,9 %-i Misirin, 13,4 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər