2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 27,8 milyon ABŞ dolları dəyərində 52,5 min ton şəkər ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,9 % və 7,1 % çoxdur.
Hesabat dövründə şəkər ixracı Azərbaycanın ümumi ixracının 0,14 %-ni təşkil edib.