Azərbaycan pomidor ixracından gəlirini 73 % artırıb

Bu ilin fevral ayında Azərbaycan 10,8 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 45,9 % çoxdur.

2022-ci lin yanvar-fevral aylarında isə Azərbaycan 24,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, 2021-ci ilin eyni iki ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və yaxud 72,5 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 millyon ABŞ dolları və ya 39,4 % artıb.

Digər xəbərlər