Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2,715 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
6 ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 164,59 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur.
Hesabat dövründə pambıq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxalının 0,04 %-ni, pambıq ixracından qazanc isə ümumi ixracın 0,89 %-ni təşkil edib.