Azərbaycan Pakistana üzüm tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 9,87 milyon ABŞ dolları dəyərində 9 min 401 ton təzə üzüm ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 63 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 60 % çox) 7 min 304 ton (+42 %), İraqa 610 min ABŞ dolları dəyərində (+19 dəfə) 870 ton (+20 dəfə), Belarusa 535 min ABŞ dolları dəyərində (+16 %) 464 ton (+14 %), Ukraynaya 500 min ABŞ dolları dəyərində 400 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 125 min ABŞ dolları dəyərində (+80 %) 228 ton (+81 %) məhsul göndərib.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistana tədarük (12 min ABŞ dolları dəyərində 17 ton) həyata keçirilib.

Digər xəbərlər