Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 495 060,85 min. ABŞ dolları dəyərində 549 369,51 ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 42 332,14 min dollar (9,35%) və 56 585,59 ton (11,48%) çoxdur.
11 ay ərzində meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,76%-ni təşkil edib.