Azərbaycan diri heyvan idxalına çəkdiyi xərci cüzi artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 6,382 milyon ABŞ dolları dəyərində diri heyvan idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.

Diri heyvan idxalına çəkilən xərc ölkənin idxal xərclərinin 0,24 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan həmçinin 88 min ABŞ dollarlıq diri heyvan ixrac edib. Bu isə 1 il əvvələ nisbətən təxminən 3,5 % çoxdur.

2 ay ərzində diri hevan ixracından gəlir Azərbaycanın ixracdan qazancının cüzi hissəsini təşkil edib.

Digər xəbərlər