Bu ilin yanvar-fevral aylarında Azərbaycan 102,881 milyon ABŞ dolları dəyərində dənli bitki idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 % çoxdur.
2 ay ərzində Azərbaycanın dənli bitki ixracının dəyəri isə 0,016 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 117,9 dəfə azdır.
Hesabat dövründə dənli bitki üzrə idxal Azərbaycanın ümumi idxalının 3,88 %-ni, ixrac isə ümumi ixracın cüzi hissəsini təşkil edib.