Azərbaycan daha bir ölkədən xam şəkər tədarük etməyə başlayıb

2022-ci il ərzində Azərbaycan xaricdən 175,15 milyon ABŞ dolları dəyərində 322 min 294 ton xam şəkər alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 20,2 %, kəmiyyət olaraq – 6,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Braziliyadan 149 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 273 min 107 ton (-2 %), Meksikadan 26,1 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 49 min 149 ton (+2,1 dəfə), Kolumbiyadan 37 min ABŞ dolları dəyərində (-5 %) 25 ton (dəyişməyib), Mavrikiyadan 14 min ABŞ dolları dəyərində (-30 %) 6,5 ton (-25 %), Türkiyədən 4,7 min ABŞ dolları dəyərində 3 ton məhsul gətirib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərindən (1,23 min ABŞ dolları dəyərində 0,36 ton) xam şəkər tədarükü həyata keçirilib. Altı il 3 aylıq fasilənin ardından Türkiyədən idxal bərpa edilib.

Digər xəbərlər