Nazir müavini: "Azərbaycanın ixrac coğrafiyası genişlənib"

"Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: "Ölkəmizin aqrar sektorun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb". 

Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilib:"Bu il isə balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik". 

S.Talıbov əlavə edib ki, arıçılığın yem təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Digər xəbərlər