Ərdoğan: "Qarabağ münaqişəsinin həll olunması Türkiyənin prioritetləri sırasındadır"

Ərdoğan: "Qarabağ münaqişəsinin həll olunması Türkiyənin prioritetləri sırasındadır" Türkiyənin prezidenti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində onun ölkəsinin namizədliyini dəstəkləməyə çağırıb
Xarici siyasət
25 Sentyabr , 2014 13:24
Ərdoğan: Qarabağ münaqişəsinin həll olunması Türkiyənin prioritetləri sırasındadır
Bakı. 25 sentyabr. REPORT.AZ/ "Türkiyənin prioritetləri sırasında Kipr məsələsinin həlli, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Ukraynada sülhün bərqərar olunması məsələləri durur". "Report" xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 69-cu iclasında çıxışı zamanı bəyan edib. 

Prezident bütün dünyada müşahidə olunan qeyri-sabitliyi debat iştirakçılarının diqqətinə çatdırıb və vurğulayıb ki, Türkiyə bütün münaqişələrin bitməsini arzu edir. 

R.T.Ərdoğan qeyd edib ki, dünyada hələ də kimyəvi silahlardan istifadə edirlər, bunun nəticəsində Suriyada 2000 nəfər həyatını itirib. Türkiyə lideri həmçinin vurğulayıb ki, dünya ictimaiyyəti İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatları lazımi şəkildə qiymətləndirməyib və qınamayıb, İsrailin apardığı bu əməliyyatlar nəticəsində minlərlə insan, o cümlədən jurnalistlər həlak olub. 

Çıxışın sonunda R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının 2015-16-cı illərdə qeyri-daimi üzvü qismində Türkiyənin namizədliyini dəstəkləməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi