YAP-ın icra katibi ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

YAP-ın icra katibi ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
30 Aprel , 2015 15:01
YAP-ın icra katibi ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 30 aprel. REPORT.AZ/ Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın qərargahında qəbul edib. Partiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. 

Son xəbərlər

Orphus sistemi