XİN və FHN Azərbaycan vətəndaşlarının Nepaldan təxliyəsi üçün tədbirlər görür

XİN və FHN Azərbaycan vətəndaşlarının Nepaldan təxliyəsi üçün tədbirlər görür XİN mətbuat xidmətinin rəhbəri: "Əgər onlar bunu istəsələr, Nepaldan təxliyə olunacaqlar"
Xarici siyasət
27 Aprel , 2015 15:23
XİN və FHN Azərbaycan vətəndaşlarının Nepaldan təxliyəsi üçün tədbirlər görür

Bakı. 27 aprel. REPORT.AZ/ Hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycanın Hindistandakı səfirliyi Nepalda təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyəsi ilə bağlı tədbirlər görür. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a bildirib ki, hazırda FHN tərəfindən Nepala humanitar yardımın göndərilməsi hayata keçirilir. 

"Bizdə olan məlumata görə, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı var. Onlar arzu etdikləri zaman Nepaldan təyyarə ilə təxliyə olunacaqlar", - H.Hacıyev qeyd edib. O əlavə edib ki, hazırda Azərbaycanın Hindistandakı səfirliyi bununla bağlı bütün texniki məsələləri həll edir.

Aprelin 25-də Nepalda maqnitudası 7,8 bal gücündə olan dağıdıcı zəlzələ nəticəsində 3 mindən artıq insan həlak olub, 6,8 min insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi