XİN Somalidə həlak olan azərbaycanlının kimliyini araşdırır

XİN Somalidə həlak olan azərbaycanlının kimliyini araşdırır "Biz həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk"
Xarici siyasət
31 Mart , 2016 08:20
XİN Somalidə həlak olan azərbaycanlının kimliyini araşdırır

Bakı. 31 mart. REPORT.AZ/ "Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır".

Bunu "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Biz həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk", - H. Hacıyev bildirib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi