Bakı. 28 may. REPORT.AZ/ "Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur”.
Azərbaycanın Tacikistandakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov deyib.
28 May – Respublika Günü münasibətilə paytaxt Düşənbədə keçirilən tədbirə qatılan S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əsl lider olaraq dövlətini və xalqını böyük bəlalardan xilas edib".
Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirib.