XİN başçısı: "Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur”

XİN başçısı: "Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur” Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov 28 May – Respublika Günü münasibətilə paytaxt Düşənbədə keçirilən tədbirə qatılıb
Xarici siyasət
28 May , 2016 17:15
XİN başçısı: Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur”

Bakı. 28 may. REPORT.AZ/ "Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur”.

Azərbaycanın Tacikistandakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov deyib. 

28 May – Respublika Günü münasibətilə paytaxt Düşənbədə keçirilən tədbirə qatılan S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əsl lider olaraq dövlətini və xalqını böyük bəlalardan xilas edib".

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirib.

Son xəbərlər

Orphus sistemi