Vladanka Andreeva: DİM gündəliyi Azərbaycanda dərin kök salıb

Vladanka Andreeva: DİM gündəliyi Azərbaycanda dərin kök salıb Azərbaycan bu ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üzrə dördüncü könüllü milli hesabatını təqdim edəcək dünyada azsaylı ölkələrdən biridir.
Xarici siyasət
7 May , 2024 10:59
Vladanka Andreeva: DİM gündəliyi Azərbaycanda dərin kök salıb

Azərbaycan bu ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üzrə dördüncü könüllü milli hesabatını təqdim edəcək dünyada azsaylı ölkələrdən biridir.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu fakt Azərbaycan hökumətinin öz məqsədlərinə çatmaq üçün öhdəliklərinə ciddi yanaşmasından xəbər verir: “DİM-in gündəliyi Azərbaycanda həqiqətən də dərin kök salıb”.

V.Andreeva həmçinin Bakıda 4-cü DİM dialoqunun təşkilinin vacibliyini qeyd edib: “Dialoq Azərbaycanın 4-cü Könüllü Milli Hesabat layihəsi üzrə milli tərəfdaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr üçün platforma rolunu oynayır”.

Son xəbərlər

Orphus sistemi