Vilayət Quliyev Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Vilayət Quliyev Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb Səfir çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib
Xarici siyasət
14 Aprel , 2016 13:05
Vilayət Quliyev Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin qanunverici qurumunda fəaliyyət göstərən Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə qrupun rəhbəri, Macarıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Marton Döndöşü iki ölkənin tarix və tale yaxınlığından danışıb, son günlər regionda baş verən hadisələrdən narahatlığını dilə gətirib.

Avropa Şurası Parlament Assambleyasının Macarıstandan olan üzvü kimi Marton Döndöşü bu qurumun müzakirələri çərçivəsində daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Səfir Vilayət Quliyev öz növbəsində çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib.

Daha sonra Vilayət Quliyev dostluq qrupu üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan - Macarıstan münasibətləri ilə bağlı çoxsaylı suallarına cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. 

Son xəbərlər

Orphus sistemi