Yuxarı
    Bağlamaq

    Vilayət Quliyev Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

    Səfir çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib

    Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin qanunverici qurumunda fəaliyyət göstərən Macarıstan - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

    Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə qrupun rəhbəri, Macarıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Marton Döndöşü iki ölkənin tarix və tale yaxınlığından danışıb, son günlər regionda baş verən hadisələrdən narahatlığını dilə gətirib.

    Avropa Şurası Parlament Assambleyasının Macarıstandan olan üzvü kimi Marton Döndöşü bu qurumun müzakirələri çərçivəsində daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

    Səfir Vilayət Quliyev öz növbəsində çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib.

    Daha sonra Vilayət Quliyev dostluq qrupu üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan - Macarıstan münasibətləri ilə bağlı çoxsaylı suallarına cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi