Bakı. 11 sentyabr. REPORT.AZ/ Mikaela Meredis ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsinin icrasına başlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl M.Meredis təşkilatın Vaşinqtondakı baş ofisində üç aparıcı vəzifədə çalışıb. O, USAID-də çalışdığı 25 il ərzində Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.
Azərbaycan üzrə missiya direktoru kimi, xanım Meredis USAID-in Azərbaycanın prioritetlərinə dəstək verən bu proqramlara rəhbərlik edəcək. “USAID-in inkişaf proqramlarının uğurları üzərində işi davam etdirməyə və hökumət tərəfdaşlarıyla hazırki əməkdaşlığı gücləndirəcəyimə ümid edirəm”, - xanım Meredis söyləyib.
1990-ci illərdən bəri USAID Azərbaycanda 350 milyon ABŞ dollarından çox vəsait xərcləyib.