UNESCO-nun mənzil-qərargahında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

UNESCO-nun mənzil-qərargahında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.
Xarici siyasət
10 May , 2024 17:56
UNESCO-nun mənzil-qərargahında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fransanın paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, siyasətçilər, jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, dünya siyasətinə töhfələrində misilsiz xidmətlərindən danışıb. O, Azərbaycanın mədəni irsinin dünyaya çatdırılması istiqamətində ən uğurlu addımların Ümummilli Lider Heydər Əliyev tərəfindən atıldığını vurğulayıb.

Elman Abdullayev Şərq Xalça Sənəti üzrə ilk Beynəlxalq Seminarın Bakıda keçirilməsinin və UNESCO-nun sabiq Baş direktoru A.Amadu-Mahtar Mbonun həmin seminarda iştirakının Azərbaycan üçün beynəlxalq arenaya qapı açdığını deyib. Bildirilib ki, həmin tədbirdə Heydər Əliyev tərəfindən Mboya xalça ustası və alim Lətif Kərimovun əl işi olan "Memar Əcəmi" xalçası hədiyyə olunub. Həmin xalça hazırda UNESCO-nun mənzil-qərargahında saxlanılır.

Tədbirdə Ulu Öndərin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Azərbaycanlı fleytaçı Ağarahim Quliyev Azərbaycan milli musiqilərini ifa edib.

Mərasimdə Heydər Əliyevə həsr olunmuş fotosərgi də nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi