Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, prezidentə yaxın mənbələrdən verilən məlumata görə, Ərdoğan axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək Ankaradakı terror aktından sonra Bakıya səfərinin başqa bir tarixə təxirə salınmasının uyğun olduğunu bildirib.