Türkiyə Jandarma Qüvvələrinin komandanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Jandarma Qüvvələrinin komandanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Ordu generalı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub
Xarici siyasət
4 May , 2016 08:55
Türkiyə Jandarma Qüvvələrinin komandanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 4 may. REPORT. AZ/ Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Bundan sonra Q.Mendi Şəhidlər xiyabanını ziyarət edib. Ordu generalı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Q.Mendi türk şəhidliyini də ziyarət edib, orada xatirə dəftərinə bu sözləri yazıb: “Tariximizin qızıl səhifələrini şərəfləndirmisiniz. Sizin dastan kimi mücadilənizi və qəhrəmanlığınızı türk milləti şükranla anacaq. Əziz xatirəniz önündə hörmətlə baş əyirik, ruhunuz şad olsun”.

Son xəbərlər

Orphus sistemi