​Tbilisidə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib

​Tbilisidə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib Yığıncağa Milli Məclisin deputatı Sahibə Qafarova sədrlik edib
Xarici siyasət
23 Mart , 2016 17:15
​Tbilisidə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib

Tbilisi. 23 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

"Report" xəbər verir ki, Milli Məclisin deputatı Sahibə Qafarovanın sədrliyi ilə Gürcüstan parlamentinin binasında keçirilən iclasda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi, suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət, miqrantlara qarşı zorakılıq halları, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər müzakirə olunub.

Qaçqın, məcburi köçkün və miqrantların vəziyyətinə dair hesabatlar dinlənilib.

Müzakirələrin sonunda miqrasiya və məcburi köçkünlərin işləri üzrə hesabatların AŞPA-nın sessiyasının gündəliyinə daxil olunması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi