Tacikistan Prezidenti İƏT-ə üzv ölkələrin baş prokurorlarını qəbul edib

Tacikistan Prezidenti İƏT-ə üzv ölkələrin baş prokurorlarını qəbul edib Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarını və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Xarici siyasət
16 May , 2024 11:11
Tacikistan Prezidenti İƏT-ə üzv ölkələrin baş prokurorlarını qəbul edib

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarını və nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

“Report” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş prokurorlar təşkilata üzv ölkələrin Baş Prokurorluqlarının iclasında iştirak etmək üçün Düşənbədə səfərdədirlər.

E.Rəhmon Tacikistanın İƏT çərçivəsində əməkdaşlığa sadiqliyini vurğulayıb və üzv ölkələrin təşkilatın fəaliyyətinin mühüm istiqamətlərinə layiqli töhfələrindən bəhs edib.

Qeyd edək ki, iclasda Azərbaycanı baş prokuror Kamran Əliyev təmsil edir.

Son xəbərlər

Orphus sistemi