​Səfir Tahir Tağızadə Azərbaycanın ünvanına səslənən ittihamlara cavab verib

​Səfir Tahir Tağızadə Azərbaycanın ünvanına səslənən ittihamlara cavab verib "Azərbaycan öz strateji kursunu parlaq vətəndaş cəmiyyəti və güclü demokratiya qurmaq məqsədi ilə müəyyən edib"
Xarici siyasət
20 İyun , 2015 11:05
​Səfir Tahir Tağızadə Azərbaycanın ünvanına səslənən ittihamlara cavab verib

Bakı. 20 iyun. REPORT.AZ/ Ötən günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı həqiqətə uyğun olmayan məqalələr dərc edilmişdi. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetdə həmin məqalələrə cavab məktubu dərc olunub.

“Report”un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, məktubda deyilir ki, 6 mindən çox atletin iştirak etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycan və ümumilikdə qitə üçün çox önəmli hadisədir. Bu Oyunlar idmanın bəşəri dəyərini Avropa icmasının yeni üzvündə qeyd etməyin sevincini bəxş edir. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan növbəti Oyunlar üçün ən yüksək standartları müəyyən etmək məsuliyyətini öz üzərinə götürüb. Buna baxmayaraq Azərbaycan bəzi insan hüquqları təşkilatları və mətbuat orqanları tərəfindən idmanla əlaqəsi olmayan əsassız ittihamlar və qeyri-etik yanaşma tərzi ilə üzləşir.

Səfir yazır ki, Azərbaycan öz strateji kursunu parlaq vətəndaş cəmiyyəti və güclü demokratiya qurmaq məqsədi ilə müəyyən edib”. “The Guardian” qəzetinin müxbirinin akkreditasiyası məsələsinə toxunan diplomat “Bakı-2015”-in daxili akkreditasiya prosedurlarına hörmətlə yanaşılmasının vacib olduğunu bildirib. T.Tağızadə məktubda qeyd edib ki, “Amnesty International” təşkilatına Azərbaycanda geniş miqyaslı idman tədbiri zamanı hökumət rəsmiləri ilə iş aparmağın çətinliyi nəzərə alınaraq öz missiyasını Oyunlardan sonrakı vaxta həyata keçirmək təklif olunub, lakin bu, qəbul edilməyib.

Son xəbərlər

Orphus sistemi