Səfir: Azərbaycan enerji resurslarının ixracı və texnologiyalara qoyulan sərmayələr sayəsində nüfuzunu daha da artırıb

Səfir: Azərbaycan enerji resurslarının ixracı və texnologiyalara qoyulan sərmayələr sayəsində nüfuzunu daha da artırıb Azərbaycan səfiri Delaver Universitetində çıxış edib
Xarici siyasət
24 Dekabr , 2014 11:49
Səfir: Azərbaycan enerji resurslarının ixracı və texnologiyalara qoyulan sərmayələr sayəsində nüfuzunu daha da artırıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Rusiya, Gürcüstan və İran arasında strateji mövqe tutur, burada Yaxın Şərq və Avropa mədəniyyətləri qovuşur. 

"Report" "UDaily"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov dünən Delaver Universiteti yanında Qlobal Tədqiqatlar İnstitutunda çıxışı zamanı bildirib. 

"Azərbaycan kifayət qədər unikal mövqe tutur", - E.Süleymanov "Avrasaiya regionu və Azərbaycanda dinamikanın dəyişilməsi" mövzusunda mühazirə zamanı qeyd edib. 

Diplomatın çıxışı Azərbaycanın beynəlxalq münasibətləri, biznesi, iqtisadiyyatı, tarixi və mədəniyyətinə həsr olunub. 

E.Süleymanov qeyd edib ki, ölkə bu gün yalnız neft və qaza malik olduğunua görə deyil, həm də onlardan səmərəli şəkildə istifadə etdiyinə görə müstəqildir.

Diplomat, həmçinin institutun müəllim və əməkdaşlarının Ermənistanla münaqişə, Bakı və bəzi şəhərləri arasında infrastrukturun uyğunsuzluğuna dair suallarına cavab verib. 

Onun sözlərinə görə, Azərbaycanın ərazisinin bir o qədər böyük olmamasına baxmayaraq, ölkə enerji resurslarının ixracı və texnologiyalara qoyulan sərmayələr sayəsində nüfuzunu daha da artırıb.

Son xəbərlər

Orphus sistemi