Bakı. 1 noyabr. REPORT.AZ/ Ötən gün Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.
Səfirlikdən "Report"a verilən məlumata görə, başsağlığı kitabına noyabrın 2-də saat 15:00-dan 17:00-dək, noyabrın 3-də 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək ürək sözlərini yazmaq mümkün olacaq.
Şənbə günü Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus-321" layneri Misirin Sinay yarımadasında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Qəza zamanı sağ qalan olmayıb.