Roma Papasının Azərbaycana səfərinin proqramı açıqlanıb

Roma Papasının Azərbaycana səfərinin proqramı açıqlanıb Papa Fransisk Azərbaycana oktyabrın 2-də Gürcüstandan gələcək
Xarici siyasət
11 İyul , 2016 16:43
Roma Papasının Azərbaycana səfərinin proqramı açıqlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Vatikan Roma Papasının Azərbaycana səfərinin proqramını açıqlayıb.

"Report" Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Papa Fransisk Azərbaycana oktyabrın 2-də Gürcüstandan gələcək.

Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.

Son xəbərlər

Orphus sistemi