Rikardo Mesiano: Azərbaycan kimi ölkələr DİM-lər məsələsində nəticələr əldə edirlər

Rikardo Mesiano: Azərbaycan kimi ölkələr DİM-lər məsələsində nəticələr əldə edirlər Hökumətin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) məsuliyyətlə yanaşdığı Azərbaycan kimi ölkələr çox vaxt bu istiqamətdə müsbət nəticələr əldə edirlər.
Xarici siyasət
7 May , 2024 13:37
Rikardo Mesiano: Azərbaycan kimi ölkələr DİM-lər məsələsində nəticələr əldə edirlər

Hökumətin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) məsuliyyətlə yanaşdığı Azərbaycan kimi ölkələr çox vaxt bu istiqamətdə müsbət nəticələr əldə edirlər.

“Report” xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin ofisinin davamlı inkişaf üzrə müşaviri Rikardo Mesiano Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinə dair dördüncü dialoq çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

“DİM-lərə nail olmaq üçün mühüm amil problemlər haqqında məlumatların toplanması, onların təhlili və görüləcək işlərin müəyyən edilməsidir. DİM-lərin həyata keçirilməsi üçün bütün cəmiyyət səfərbər edilməlidir. Yalnız bu halda, bu prinsiplərə əsaslanaraq, uğur qazanmaq mümkündür”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi