​Ramiz Mehdiyev Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb

​Ramiz Mehdiyev Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb Görüş zamanı ikitərəfli münasibətlərə toxunulub
Xarici siyasət
25 May , 2016 00:38
​Ramiz Mehdiyev Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşüb.

"Report" "Grozny.tv"yə istinadən xəbər verir ki, Ramiz Mehdiyev görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin Çeçenistan rəhbərinə salamlarını çatdırıb.

Administrasiya rəhbəri Azərbaycan və Çeçenistan xalqlarının həmişə bir-birilərinə dost olduqlarını qeyd edib. Ramiz Mehdiyev, həmçinin münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Ramzan Kadırov öz növbəsində qeyd edib ki, dünyada hazırkı vəziyyətdə əsas məsələ bütün ölkələrin öz səylərini terrorçuluğa qarşı birləşdirməsi, eyni zamanda ikili standartlar siyasətinin bir kənara atılmasıdır. O bildirib ki, bəşəriyyətə qarşı cinayətlər işıqlandırılmalı və eyni dərəcədə mühakimə olunmalıdır.

Tərəflər, həmçinin iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi