​Qırğızıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

​Qırğızıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb Turdakun Usubaliyev 96 yaşında vəfat edib
Xarici siyasət
10 Sentyabr , 2015 11:33
​Qırğızıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfirliyində Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Turdakun Usubaliyevin vəfat etməsi ilə əlaqədar başsağlığı kitabı açılıb.

Səfirlikdən "Report"a verilən məlumata görə, başsağlığı kitabı bu gün və sabah saat 11-dən 16-dək açıq olacaq.

Xatırladaq ki, T.Usubaliyev 1961-ci ildən 1985-ci ilə qədər Qırğızıstana rəhbərlik edib. Qırğızıstan Kommunist Partiyasının keçmiş başçısı 96 yaşında, sentyabrın 7-də Bişkekdə vəfat edib.  

Son xəbərlər

Orphus sistemi