Qarsda Heydər Əliyev adına Peşə Liseyinin açılışı olub

Qarsda Heydər Əliyev adına Peşə Liseyinin açılışı olub Tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak edib
Xarici siyasət
17 Mart , 2015 16:52
Qarsda Heydər Əliyev adına Peşə Liseyinin açılışı olub

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin Qars şəhərində Heydər Əliyev adına Peşə Liseyinin açılışı olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak edib.

Tədbir zamanı Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə həmkarlarını təbrik edib: "Azərbaycan başda olmaqla bu ilin, 5 min illik ortaq bayramımızın xeyirli-uğurlu olmasını istəyir, dünyada barışın və hüzurun olmasını diləyirəm".

O vurğulayıb ki, Azərbaycanın qurtuluşunu gerçəkləşdirən Qafqaz İslam Ordusunun yarısı Türkiyənin, yarısı Azərbaycanın övladlarıdır: "Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın ağrı-acısını Anadoludakı vətəndaşlarımız ürəklərində hiss edir".

Son xəbərlər

Orphus sistemi