Prezident ​İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib

Prezident ​İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib
Xarici siyasət
29 Avqust , 2014 17:23
Prezident ​İlham Əliyev Türkiyənin yeni baş nazirinə zəng edib
Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. Report prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İ.Əliyev Əhməd Davudoğlunu Türkiyə Respublikasının yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi