İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib

İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib Azərbaycan prezidenti Türkiyəli həmkarına başsağlığı məktubu ünvanlayıb
Xarici siyasət
20 İyul , 2015 22:22
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib

Bakı. 20 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi