​Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

​Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib “İkitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək”
Xarici siyasət
10 Fevral , 2016 18:11
​Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm”.

Son xəbərlər

Orphus sistemi