Bakı. 15 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.